Bank Of Baku

İrandan Azərbaycana qumbara gətirən şəxs saxlanılıb

İrandan Azərbaycana qumbara gətirən şəxs saxlanılıb
# 13 noyabr 2017 08:16 (UTC +04:00)

Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "Kamaz" markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "F-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR