2018-ci il iyulun 1-nə pul bazası 8 mlrd. 588 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 313,5 mln. manat və ya 3,79% çoxdur.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı statistikaya istinadən xəbər verir.
Bildirilib ki, may ayı ilə müqayisədə iyunda Azərbaycanda pul bazası 1 mlrd. 83,6 mln. manat və ya 2,18% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.