Bank Of Baku

Kreditləşmə şərtlərinin sərtləşdirilməsi Azərbaycanın sığorta şirkətlərinin gəlirlərinin 7 dəfəyə yaxın azalmasına səbəb olub

Kreditləşmə şərtlərinin sərtləşdirilməsi Azərbaycanın sığorta şirkətlərinin gəlirlərinin 7 dəfəyə yaxın azalmasına səbəb olub
# 02 mart 2015 09:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ötən il Azərbaycan Mərkəzi Bankı tərəfindən kreditləşmə şərtlərinin sərtləşdirilməsi barədə verilən qərar sığorta şirkətlərinin gəlirlərinin 6-7 dəfəyə yaxın azalmasına səbəb olub.

 

Bunu “APA-Economics”ə müsahibəsində “Bakı Sığorta” şirkətinin İdarə Heyətinin sədri Ramil Ağayev deyib.

 

“Bildiyiniz kimi, ötən il Mərkəzi Bank kreditləşmə şərtlərini bir qədər sərtləşdirdi. Mərkəzi Bankın bu addımı bütün sığorta şirkətlərinə təsir etdi. Bizim şirkət də bu məsələdə istisna deyil. Bu addım sığortalanmış avtomobillərin sayına mənfi təsir göstərdi. Bu qərar bankların portfelinin 6-7 dəfə azalmasına səbəb oldu. Bundan sonra sığorta şirkətlərinin gəlirləri də 6-7 dəfəyə yaxın azaldı. Söhbət praktiki olaraq, bütün sığorta şirkətlərindən gedir. Biz yenə də istisna olmadıq. Çox çətin vəziyyət yaranmışdı. Çünki bizim əsas məqsədimiz müştərilərimizə xidmət keyfiyyətinin yüksək səviyyədə qorunmasıdır ki, burada ödənişlərin vaxtlı-vaxtında verilməsi çox önəmlidir. Bunları etmək üçün isə təbii ki, maliyyə dayaqları olduqca vacibdir”, - deyə o bildirib.

 

R. Ağayev qeyd edib ki, yaranmış vəziyyətdə maliyyə vəsaitlərinin azalmasına baxmayaraq, şirkət öz maliyyə ehtiyatlarını “işə saldı və ötən ilin sonuna artıq vəziyyəti stabilləşdirdi”.

 

“Bunu bank kreditləşməsi ilə əlaqəli olmayan satışlarımızı 2-2,5 dəfə artıraraq etdik. Yeri gəlmişkən, cari ilin əvvəlinə bu göstəricini 3-4 dəfə də artırmaq istəyirdik. Lakin devalvasiya buna əngəl oldu. Artıq iki ildir ki, bazarda baş verənlər sığorta şirkətlərini öz hədəflərini yenidən qiymətləndirməyi vadar edir”, - deyə şirkət rəhbəri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR