Bank Of Baku

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb
# 18 yanvar 2017 06:28 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 17-si ilə müqayisədə dəyişməyərək 1,8045 manat təşkil edib.
 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,5% möhkəmlənərək 1,9302 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,66% möhkəmlənərək 0,0304 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,07% möhkəmlənərək 0,4790 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2269 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 2,2%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 1,5% möhkəmlənərək 0,6840 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR