Bank Of Baku

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb
# 19 yanvar 2017 06:21 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 18-i ilə müqayisədə 1,5% artaraq 1,8311 manat təşkil edib.
 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1% möhkəmlənərək 1,9483 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 1,32% möhkəmlənərək 0,0308 manat səviyyəsində qərarlaşıb.
 

Türkiyə lirəsinin məzənnəsi 0,44% möhkəmlənərək 0,4811 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2482 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 1%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,57% möhkəmlənərək 0,6879 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR