Bank Of Baku

Mayda banklar əhaliyə verilən ipoteka kreditlərini 12% azaldıb

Mayda banklar əhaliyə verilən ipoteka kreditlərini 12% azaldıb
# 02 iyul 2018 08:19 (UTC +04:00)

2018-ci il iyunun 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 23 mln. manat təşkil edib.

 

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, aprel ayı ilə müqayisədə 11,9% və ya 3,1 mln. manat azalma deməkdir. Bununla belə, bu ilin yanvar-may aylarında banklar tərəfindən 98,4 mln. manatlıq ipoteka krediti verilib.

 

May ayında dövlət büdcəsindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna vəsait ayrılmayıb.

 

Cari ilin mayında Fond 18,3 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

 

Yanvar-may aylarında Fond Bakı Fond Birjasında 20 mln. manatlıq istiqraz yerləşdirib.

 

Fondun ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il iyunun 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 46,765 min manat, orta müddəti 281 ay, orta faiz dərəcəsi 6,60%, aylıq ödəniş isə 332,6 manat təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR