Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin iyun ayının 1-nə 1 mlrd. 710,8 mln. manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 29 mln. manat və ya 1,67% azdır.
Bu ilin aprel ayı ilə müqayisədə isə mayda problemli kreditlərin həcmi 2 mln. manat və ya 0,02% artıb.