Bank Of Baku

MBNP: Maliyyə aktivlərində sığortanın payı 2 faizdən yuxarı arta bilmir

MBNP: Maliyyə aktivlərində sığortanın payı 2 faizdən yuxarı arta bilmir
# 20 iyun 2018 08:07 (UTC +04:00)

"Azərbaycanda sığorta sahəsinin aktivləri ümumi maliyyə aktivlərinin 2 faizini təşkil edir”.

 

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən 6-cı Sığorta Konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.

 

“Təəssüflər olsun ki, maliyyə aktivlərində sığortanın payı 2 faizdən yuxarı arta bilmir. Ümumilikdə ötən ilin sonuna sığorta aktivləri 1,76 milyard manat, bu ilin beş ayı üzrə isə 1,114 milyard manat təşkil edib”, - deyə İ.Alışov vurğulayıb.

 

Onun sözlərinə görə, qarşıdakı illərdə qeyri-neft sektoru ÜDM-də sığortanın payının 8%-ə çatdırılması hədəflənib. "Maliyyə aktivlərində də sığortanın payının artırılması üçün müvafiq işlər görməliyik. Sığorta yığımlarının ÜM-də payını 1,4 faizə çatdırmağı hədəfləyirik. Əlavə olaraq hədəf kimi 1600-ə qədər iş yerinin açılmasını hədəfləyirik.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR