2016-cı ilin dekabrın 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 605,8 mln. manat təşkil edib.
“APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2015-ci ilin noyabr ayı ilə müqayisədə 2016-cı ilin eyni dövründə bu göstərici 516,3 mln. manat və ya 7,28% artıb.
Bununla yanaşı, ötən ilin noyabr ayında əmanətlərin həcmi 192,7 mln. manat və ya 2,6% artıb. Ümumiyyətlə, ötən ilin əvvəlindən banklarda olan əmanətlərin həcmi 1 868,1 mln. manat və ya 19,72% azalıb.