Bank Of Baku

Ötən ay Azərbaycan banklarının xarici borclanması 2% azalıb

Ötən ay Azərbaycan banklarının xarici borclanması 2% azalıb
# 29 iyun 2018 16:38 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 4 mlrd. 965,4 mln. manat və ya 3,66 dəfə azalaraq 2018-ci ilin iyunun 1-nə 1 863,8 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, aprel ayı ilə müqayisədə mayda bankların xarici borclanması 36 mln. manat və ya 1,9% azalıb.

 

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2018-ci ilin iyunun 1-nə 5 528,1 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 714,7 mln. manat və ya 45% çoxdur. Məcmu xarici aktivlərin həcmində aprel ayı ilə müqayisədə mayda 152 mln. manat və ya 2,7%-lik azalma baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR