Bank Of Baku

Ötən il “Bakı Metropoliteni” ticarət obyektləri və reklamdan 2,1 mln. manat gəlir əldə edib

Ötən il “Bakı Metropoliteni” ticarət obyektləri və reklamdan 2,1 mln. manat gəlir əldə edib
# 28 iyun 2018 13:16 (UTC +04:00)

Ötən il “Bakı Metropoliteni” QSC-nin əsas əməliyyat gəlirləri istisna olmaqla, digər əməliyyat gəlirlərinin məbləği açıqlanıb.  

 

Bu barədə “APA-Economics” Cəmiyyətin maliyyə hesabatına istinadən xəbər verir.

 

Hesabatda qeyd olunub ki, qurum ötən il digər əməliyyat gəlirlərindən 5 mln. 293 min 423,14 manat gəlir əldə edib.

 

Başqa sözlə, 2017-ci ildə “Bakı Metropoliteni” reklam yayımından 1 mln. 979,136 min manat,  Metropolitenin tunellərində yerlöəşdirilmiş kənar təşkilatların kabellərinə xidmət göstərilməsində 466,088 min manat, bankomatlara və POS-terminallara xidmət göstərilməsindən 329,140 min manat, ticarət obyektlərinə xidmət göstərməsindən 114,9146 min manat, metal qırıntılarının kənar təşkilatlara satışından 313,297 min manat, xarici valyuta əməliyyatlarında yaranan məzənnə fərqindən 1 mln. 746,902 min manat, kənar təşkilatlara görülmüş tikinti-quraşdırma işlərindən 11,962 min manat, sair əməliyyatlardan 331,982 min manat gəlir əldə edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR