Bank Of Baku

Ötən il Naxçıvanda bank və kredit təşkilatları 31 mln. manatdan çox kredit verib

Ötən il Naxçıvanda bank və kredit təşkilatları 31 mln. manatdan çox kredit verib
# 19 yanvar 2018 07:03 (UTC +04:00)

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində ötən ilin yekunları ilə bağlı iclas keçirilib.

 

"APA-Economics"in məlumatına görə, idarənin sədri Elvin Axundov bildirib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2018-ci il tarixə muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 101 mln. 414 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 2 mln. 343 min manat, uzunmüddətli kredit qoyuluşu isə 99 mln. 71 min manat təşkil edib. Qeyd olunub ki, muxtar respublika əhalisinə verilmiş 13 mln. 407 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 12 mln. 226 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların şəraitinin yaxşılaşdırılması ilə bərabər real sektor da dəstəklənib.

 

Bank və kredit təşkilatları tərəfindən 2017-ci il ərzində 31 mln. 314 min manat kredit verilib ki, bunun da 4 mln. 590 min manatını qısamüddətli, 26 mln. 724 min manatını uzunmüddətli kreditlər təşkil edib. Kredit təşkilatları tərəfindən 2017-ci il ərzində 236 nəfər fiziki və hüquqi şəxsə 284 ədəd olmaqla, 2 mln. 553 min 160 manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.

 

Hesabat dövründə verilmiş kreditlərin 2 mln. 256 min manatını kənd təsərrüfatı kreditləri təşkil edib. Diqqətə çatdırılıb ki, banklar tərəfindən 1 yanvar 2018-ci il tarixə 2214 hüquqi, 62 min 270 fiziki şəxs olmaqla, 64 min 484 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 55 min 743-ü işlək hesab olub ki, onların 1465-i hüquqi, 54 min 278-i isə fiziki şəxslərdir. 2017-ci il ərzində 208-i hüquqi, 24 min 924-ü isə fiziki şəxs olmaqla, 25 min 132 müştəriyə yeni bank hesabı açılıb. Açılmış bank hesablarının 25 min 17-si fəaliyyət göstərir ki, onlardan 207-si hüquqi, 24 min 810-u fiziki şəxslərdir.

 

Nağdsız ödəniş sistemlərinin fəaliyyətinə toxunan Elvin Axundov bildirib ki, 2017-ci il ərzində 51 ədəd POS-terminal quraşdırılaraq onların sayı 1 yanvar 2018-ci il tarixə 1260 ədədə çatdırılıb. POS-terminalların sayı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 58 ədəd artıb. Banklar tərəfindən POS-terminalların quraşdırılması hazırda davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR