Bank Of Baku

Palata: Bank sektorunun balans kapitalı 3 mlrd. manatdan çoxdur

Palata: Bank sektorunun balans kapitalı 3 mlrd. manatdan çoxdur
# 03 noyabr 2017 13:12 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri  26 mlrd. 163,6 mln. manat, cəmi öhdəlikləri isə 23,145 mlrd. manat təşkil edib.


Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 18,6 mln. manat olub.

 

Hesabat dövrünə əhalinin əmanətləri 6 mlrd. 999,5 mln. manatdır.
 

Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2486-dır.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16340 nəfər təşkil edib.

 

Hazırda ölkədə fəaliyyət göstərən 123 bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR