Bank Of Baku

Palata: Kənd təsərrüfatı sığortası ilə bağlı büdcədən hər il ayrılan 1 milyon manat istifadə olunmur

Palata: Kənd təsərrüfatı sığortası ilə bağlı büdcədən hər il ayrılan 1 milyon manat istifadə olunmur
# 21 iyun 2018 09:54 (UTC +04:00)

"Azərbaycanda dayanıqlılığın və kənd təsərrüfatı məhsullarının ÜDM-də payını artırmaq və ümumilikdə qeyri-neft sektorunu inkişaf etdirmək üçün kənd təsərrüfatı sığortasına ehtiyac var".

 

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən 6-cı Sığorta Konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının baş mütəxəssisi Firdovsi Ağaşirinov deyib.

 

Onun sözlərinə görə, beynəlxalq təcrübə araşdırılaraq kənd təsərrüfatının sığortası ilə bağlı qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. "2002-ci ildə Azərbaycanda kənd təsərrüfatı sığortasının stimullaşdırılması ilə bağlı qəbul olunan qanuna görə hər il bu məqsədlə büdcədən 1 milyon manat ayrılır, lakin istifadə olunmadan yenidən büdcəyə qayıdır.  2017-ci ildə kənd təsərrüfatı sahəsində 4 sığortaçı fəaliyyət göstərib ki, onların sığorta yığımları 4,3 milyon manat təşkil edib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR