Bank Of Baku

Problemli kreditlərin həcmi 5% artıb

Problemli kreditlərin həcmi 5% artıb
# 11 yanvar 2017 09:38 (UTC +04:00)

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin dekabr ayının 1-nə 1 mlrd. 442,3 mln. manat təşkil edib.

 

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 212,7 mln. manat və ya 17,3% çoxdur.

 

Bu ilin oktyabr ayı ilə müqayisədə noyabrda problemli kreditlərin həcmi 66,7 mln. manat və ya 4,8% artıb.

 

Hesabat dövründə milli valyutada 8,601 mlrd. manatlıq kredit verilib ki, bunun da 637,3 mln. manatının və ya 7,42%-nin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 7 674,5 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 804,5 mln. manat və ya 10,5% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 44,2%, xarici valyutada isə bu göstərici 55,8% təşkil edir.

 

Onu da qeyd edək ki, noyabrda vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 8,9% təşkil edir. Xatırladaq ki, oktyabrda bu göstərici 8,7% olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR