Ötən ilin sonuna Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycandakı layihələr üzrə portfeli 60,710 mln. avro təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 33,5% azdır.
Bu barədə “APA-Economics” bankın 2017-ci ilin 31 dekabr tarixli maliyyə hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunub ki, ötən ilin sonuna Azərbaycan tərəfindən istifadə olunmayan öhdəliklərin 18,791 mln. avro məbləğində qiymətləndirilir ki, bu da 2017-ci ilin əvvəli ilə müqayisədə 30,8% azdır.
Ümumiyyətlə, 2018-ci il yanvarın 1-nə Qara Dəniz Ticarət və İnkişaf Bankının üzv ölkələr olan Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukraynadakı layihələrə üzrə portfeli 1 mlrd. 166,442 mln. avro təşkil edib.