Bank Of Baku

Rusiyadan 5 ayda 23 milyard dollar çıxarılıb

Rusiyadan 5 ayda 23 milyard dollar çıxarılıb
# 09 iyun 2018 15:56 (UTC +04:00)

Bu ilin ilk beş ayı ərzində Rusiyadan çıxarılan xalis kapitalın həcmi 23,3 mlrd. ABŞ dolları təşkil edib.

 

"APA-Economics" Rusiya Mərkəzi bankına istinadən xəbər verir ki, ötən il ilə müqayisədə bu ölkənin xalis kapital ixracı 24% artıb. Belə ki, ötən il Rusiyadan xalis kapital ixracı 18,8 mlrd. dollar olub.

 

Tənzimləyicinin məlumatına görə, xalis kapital ixracının 3/4-ü digər sektorlarda qeyri-rezidentlərlə əməliyyatların payına düşüb.

 

"Əgər 2017-ci ildə maliyyə cəlbi və xaricdə müxtəlif sektorlarda vəsaitlərin yerləşdirilməsi balanslaşdırılmışdısa, cari ildə xarici öhdəliklərin minimum yüksəlməsi ilə xalis maliyyə aktivlərinin cəlbində nəzərəçarpacaq artım qeydə alınıb", - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR