Bank Of Baku

Rusiyadan Azərbaycana qanunsuz olaraq küllü miqdarda siqaretin keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qanunsuz olaraq küllü miqdarda siqaretin keçirilməsinin qarşısı alınıb
# 05 mart 2015 08:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrükçüləri Rusiyada Azərbaycana aksiz markaları ilə markalanmayan 1130 qutu xarici markalı siqaretin keçirilməsinin qarşını alıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Novruz Məhərrəmova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.

 

Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çamadanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 1130 qutu xarici markalı siqaret aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR