"Standard & Poor's" beynəlxalq reytinq agentliyi “MuğanBank”ın uzunmüddətli və qısamüddətli kredit reytinqini “CCC+/C” səviyyəsindən “B-/B” səviyyəsinə yüksəldib.
“APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “stabil”dir.
Agentliyin analitikləri hesab edir ki, 2017-ci ildə “MuğanBank” korporativ maliyyələşmənin cəlb edilməsi ilə cari və hesablaşma hesabı üzrə likvidlik əmsalını yaxşılaşdırıb, o cümlədən pərakəndə satış portfelinin satışı və amortizasiyasında əlavə likvidlik əmsalını yarada bilib.
Sənəddə qeyd olunub ki, 2017-ci il 31 dekabrına kimi bankın likvidlik əmsalı 11 mln. manatdan 63 mln. manata yüksələrək hazırda bankın ümumi müştəri depozitlərinin 25%-ini əhatə edir.
Bundan başqa, agentlik müəllifləri qeyd edib ki, bankın maliyyələşdirmə ilə bağlı bütün göstəriciləri, likvidliyi yaxşılaşıb. Hesabatda bildirilib ki, “MuğanBank”ın Mərkəzi Bankdan cəlb edilən maliyyələşdirmədən asılılığı 15%-dən 5%-ə qədər azalıb.
"Standard & Poor's" beynəlxalq agentliyi hesab edir ki, bank mümkün əməliyyat şərtlərinin pisləşməsinə də dayanıqlıq göstərə biləcək.