Bank Of Baku

Samir Şərifov əfqanıstanlı həmkarı ilə görüşüb

Samir Şərifov əfqanıstanlı həmkarı ilə görüşüb
# 08 noyabr 2017 14:16 (UTC +04:00)

Bu gün maliyyə naziri Samir Şərifov əfqanıstanlı həmkarı Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycanla Əfqanıstan arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin önəmi qeyd edilərək iki ölkənin beynəlxalq qurumlarda, o cümlədən beynəlxalq maliyyə təşkilatlarında bir-birini dəstəklədiyi məmnunluqla qeyd olunub.

 

Ölkəmizin əlverişli coğrafi mövqeyi və əldə etdiyi uğurlar, iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tranzit imkanları, bu günlərdə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda əhəmiyyətindən bəhs olunub, bu tranzit və nəqliyyat xətlərinin Əfqanıstan daşımaları üçün böyük imkanlar yaratdığı vurğulanıb.

 

Görüşdə həmçinin, Əfqanıstan nümayəndə heyəti Maliyyə Nazirliyində hal-hazırda tətbiq olunan bir sıra avtomatlaşdırılmış və inteqrasiya olunmuş sistemlərə maraq göstərib. İlk növbədə, onlar müasir “bulud” texnologiyaları üzərində qurulmuş büdcə təşkilatlarının resurslarını idarə edən və dövlət müəssisələrinin maliyyə və mühasibatlıq hesabatlarını tərtib edən avtomatlaşdırılmış informasiya sistemi (FARABI) ilə yaxından tanış olublar. Bundan əlavə, qeyd olunan sistem ilə inteqrasiya olunmuş və real vaxt rejimində bütün xəzinə və bank əməliyyatlarını həyata keçirən və faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın idarə edilməsinin informasiya sistemi qonaqlarda böyük maraq yaradıb.

 

Əfqanıstanlı nazir Azərbaycanın Maliyyə Nazirliyində tətbiq olunan və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan bu təcrübənin ölkəsində də tətbiq etmək arzusunu ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR