Bank Of Baku

Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edəcək

Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edəcək
# 21 iyun 2018 14:39 (UTC +04:00)

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iyunun 25-də saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində (Nəriman Nərimanov küç. 4) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

Komitədən “APA-Economics”ə verilən xəbərə görə, qəbul zamanı bölgədə yerləşən- Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 25-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: (024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR