"Növbəti illər üçün Avropa İttifaqının (Aİ) Azərbaycana ayırdığı vəsaitin 40 faizinin ölkədə kənd təsərrüfatının inkişafına sərf edilməsi nəzərdə tutulub".
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin səfiri Kestutis Yankauskas deyib.
Səfirin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində fitosanitar və qida təhlükəsizliyi, heyvanlar arasında yayılmış xəstəliklərlə bağlı müzakirələr aparılıb və bununla bağlı layihələrin reallaşdırılması nəzərdə tutulub.