Şəkidə nizamnamə kapitalı 38560 manat olan inşaat şirkəti yaradılıb.
APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, "Şəki İnşaat Xidmət" ASC-nin qanuni təmsilçisi Xaqan Rəcəblidir.
Şirkətin Müşahidə Şurasında Elxan Əzizov, Xəyal İbadov və Yunus İsmayılov təmsil olunur.
Hüquqi ünvanı Şəki şəhəri, S. Rəhman küçəsi, ev 25 olan şirkət mayın 2-də dövlət qeydiyyatına alınıb.