Bank Of Baku

Sığorta şirkətləri rəsmi avtoservisdə təmir xərclərinin yüksək olmasından narazıdır

Sığorta şirkətləri rəsmi avtoservisdə təmir xərclərinin yüksək olmasından narazıdır
# 05 dekabr 2014 11:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İcbari sığortası olan avtomobillərin təmiri sığorta şirkətlərinə problem yaradır.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə,  bu fikirlər assosiasiyanın  icbari sığorta növləri üzrə komitəsinin növbəti iclasında səsləndirilib.

 

Bildirilib ki, əsasən avtomobillərin icbari sığortasında şirkətlərdən maşına dəymiş istənilən ziyanın rəsmi avtoservisdə aradan qaldırılması tələb olunur. “Bu isə sığortaçının xərcini artırır. Çünki, adi servislərlə müqayisədə rəsmi servislərdə təmir xərcləri yüksəkdir. Halbuki, bəzi problemləri adi servisdə də aradan qaldırmaq olar”, - deyə sığorta şirkətlərinin nümayəndələri vurğulayıb 

 

Bu məsələnin avtoservislərlə və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası ilə müzakirə edilməsinə qərar verilib.

 

Qeyd edək ki, iclasda Azərbaycanda yaradılmış Sığorta Təlimi Mərkəzinin (STM) 1 illik strateji planı müzakirə edilib, təklif və rəylər nəzərdən keçirilib, STM-in əsas fəaliyyət istiqamətləri müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR