Bank Of Baku

SOCAR ötən ay dövlət büdcəsinə və DSMF-ə ödənişləri azaldıb

SOCAR ötən ay dövlət büdcəsinə və DSMF-ə ödənişləri azaldıb
# 13 may 2015 14:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin aprel ayında dövlət büdcəsinə 132 mln. 503 min manat vəsait ödənilib.

 

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu göstərici 2014-cü ilin aprel ayı müqayisədə 4 mln. 87 min manat və ya 3,18% çox olub.

 

Ümumiyyətlə, 2015-ci ilin yanvar-aprel aylarında büdcəyə 472 mln. 946 min manat vəsait ödənilib. Bu da ötən ilin dörd ayı ilə müqayisədə 178 mln. 576 min manat və ya 27,41% azdır.

 

Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 mln. 908 min manat vəsait köçürüb. Bu, ötən ilin aprel ayı ilə müqayisədə 1 mln. 272 min manat və ya 9,65% azdır.

 

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında SOCAR tərəfindən DSMF-ə ödəniş 46 mln. 594 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə isə 3 mln. 624 manat və ya 7,21% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR