Bank Of Baku

Son yeddi ayda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 28%-ə yaxın azalıb

Son yeddi ayda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 28%-ə yaxın azalıb
# 07 mart 2015 11:37 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2015-ci il mart ayının 1-nə 11 004,4 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin martın 1-nə nisbətən 3 440,4 mln. dollar və ya 23,82% azdır.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin iki ayında, yəni 2014-cü ilin dekabrı ilə müqayisədə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 2 753,9 mln. dollar və ya 20% azalıb. Başqa sözlə, 2014-cü ilin dekabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 13 758,3 mln. ABŞ dolları olub.

 

Qeyd edək ki, artıq 7 aydır ki, yəni, 2014-cü ilin iyul ayından Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarında azalma müşahidə edilir. Belə ki, iyul ayı ilə müqayisədə avqustda rəsmi valyuta ehtiyatları 2,5 mln. dollar və ya 0,02%, avqustla müqayisədə sentyabrda 148,5 mln. dollar və ya 0,98%, sentyabrla müqayisədə oktyabrda 8,8 mln. dollar və ya 0,06%, oktyabrla müqayisədə noyabrda 37,3 mln. dollar və ya 0,25%, noyabrla müqayisədə dekabrda 1 238 mln. dollar və ya 8,26% azalıb. Ümumiyyətlə, 2014-cü ilin iyul ayından indiyədək Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 4 189 mln. dollar və ya 27,57% azalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR