Bank Of Baku

Ötən il Azərbaycanın xaricdə investisiyalarının ümumi dəyəri 22 mlrd. dollar təşkil edib

Ötən il Azərbaycanın xaricdə investisiyalarının ümumi dəyəri 22 mlrd. dollar təşkil edib
# 07 iyun 2018 15:06 (UTC +04:00)

2017-ci ildə Azərbaycana xarici investisiyaların həcmi 36,3% azalaraq 2 mlrd. 867 mln. dollar təşkil edib.

 

APA-Economics” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ticarət və  İnkişaf üzrə Konfrasının (UNCTAD) hazırladığı “Dünya İnvestisiya Hesabatı 2018” adlı sənəddə qeyd olunub.

 

Hesabatda bildirilir ki, ötən il xaricdən investisiyalar əsasən neft-qaz sektoruna yönəlib ki, bu da bütün investisiyaların 73%-ni təşkil edir. “Azərbaycandan xaricə birbaşa investisiyanın həcmi isə 2016-cı illə müqayisədə 0,4% azalaraq 2 mlrd. 564 mln. dollar olub. “Ümumilikdə ötən il azərbaycanlı investorların xaricdəki investisiyalarının ümumi dəyəri 22,059 milyard dollara, xarici investorların Azərbaycandakı investisiyalarının dəyəri isə 29,551 milyard dollara bərabər olub,” – deyə hesabatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR