Bank Of Baku

Vergi borcuna görə Bakıda bir müəssisənin 200 min manatlıq əmlakı hərraca çıxarılıb

Vergi borcuna görə Bakıda bir müəssisənin 200 min manatlıq əmlakı hərraca çıxarılıb
# 05 iyul 2018 07:05 (UTC +04:00)

Vergilər Nazirliyi vergi borcuna Bakıda  fəaliyyət göstərən "Ocaq" müəssisəsinin 200 min manatlıq əmlakını hərraca çıxarıb.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicisi olan "Ocaq" müəssisəsinin Bakı şəhəri, Səbail rayonu, Cənub körpüsü, ev 3-də yerləşən qapı və pəncərə istehsalı üçün müxtəlif növ avadanlıq və dəzgahlara 200 min manat qiymət qoyulub. İlkin hərracda satılmadığından avadanlıq və dəzgahların qiyməti 10% aşağı salınaraq 180 min manat müəyyənləşdirilib.

 

Hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 18 min manat beh verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR