Bank Of Baku

Vüqar Gülməmmədov: "Neftin qiyməti dövlət büdcəsinin planlaşdırılmasına və icrasına təsir edən əsas amildir"

Vüqar Gülməmmədov: "Neftin qiyməti dövlət büdcəsinin planlaşdırılmasına və icrasına təsir edən əsas amildir"
# 29 iyun 2018 12:07 (UTC +04:00)

"Neftin qiyməti dövlət büdcəsinin planlaşdırılmasına və icrasına təsir edən əsas amildir".

 

"APA-Economics"in məlumatına görə, bunu 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, dövlətin əsas planına – dövlət büdcəsinə dəyişikliklər bir sıra iqtisadi və qeyri-iqtisadi amillərin təsiri ilə formalaşır.

 

"Neftin qiymətində volatilliklər büdcə planlaşdırılması və büdcə proqnozunun icra edilmə səviyyəsinə təsir edən mühüm iqtisadi amildir. Bu səbəbdən də müxtəlif illərdə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin yaratdığı büdcə fəsadları dövləti qeyd edilən sənədə təkrar baxmaq, həmçinin büdcə planlaşdırılması və icrası mərhələlərində ehtiyatlı davranmağa sövq edib. Bildirilib ki, cari ilin ötən dövründə həm dünyada, həm də respublikamızda iqtisadi sahədə bir sıra müsbət meyllər müşahidə edilib ki, məhz bu amillər də əsas makrogöstəricilərin dinamikasına təsir göstərib", - deyə V.Gülməmmədov vurğulayıb.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR