Bank Of Baku

Vüqar Gülməmmədov: "Dövlət büdcəsinin gəlirlərinin artırılması üçün imkanlar mövcuddur"

 Vüqar Gülməmmədov: "Dövlət büdcəsinin gəlirlərinin artırılması üçün imkanlar mövcuddur"
# 29 iyun 2018 12:36 (UTC +04:00)

"Dövlət büdcəsinin gəlirlərinin artırılması üçün imkanlar mövcuddur".

 

"APA-Economics"in məlumatına görə, bunu 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O, dövlət büdcəsinin gəlirlərində nəzərdə tutulmuş artımın gəlirlərin ÜDM-ə nisbəti göstəricisinin təsdiq edilmiş göstəricilərlə müqayisədə 0,6 faiz-bəndi çox olmaqla 29,6 faizə çatmasına şərait yaradacağını qeyd edib.

 

"Cari dövrdə gəlirlərin icra vəziyyəti malların ixracından gömrük rüsumları, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) topdansatış qiyməti arasındakı fərqdən yığımlar və Dövlət Zəmanəti ilə Alınan Borcların Təminat Fonduna daxilolmalar üzrə potensialın mövcudluğunu deməyə əsas verir", - deyə V.Gülməmmədov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR