Bank Of Baku

Yanvar ayında Azərbaycanda bank aktivləri azalıb

Yanvar ayında Azərbaycanda bank aktivləri azalıb
# 04 mart 2015 09:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov– APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4,291 mlrd. manat və ya 20,89% artaraq 2015-ci il fevralın 1-nə 24,838 mlrd. manata çatıb.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin dekabr ayı ilə müqayisədə aktivlərin həcmi 344,8 mln. manat və ya 1,37% azalıb.

 

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, hesabat dövründə bu kreditlərin həcmi 17 184,7 mln. manat və ya ümumi aktivlərin 69,2%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 1 967,8 mln. manat həcmində olan investisiyalar, 1 528,6 mln. manat həcmində olan müxbir hesabları, 1 077,3 mln. həcmində nağd vəsaitlər, 965,2 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 2 114,1 mln. manat həcmində digər aktivlər tutur.

 

Passivlərin strukturunda isə 10 803 mln. manat depozitlər, 8 370,1 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 452,1 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 4 212,5 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR