Bank Of Baku

Xaçmazda yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

Xaçmazda yeni gömrük-keçid məntəqəsi inşa olunacaq
# 23 iyun 2018 10:32 (UTC +04:00)

Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük-keçid məntəqəsi fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.

 

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

 

Onun sözlərinə görə, mövcud gömrük-keçid məntəqəsi qalmaq şərti ilə onun yanında yeni gömrük buraxılış məntəqəsi tikiləcək: "Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq".

 

A.Abasov qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR