Bank Of Baku

Yeni yaradılan iki dövlət şirkətinin nizamnamə kapitalı açıqlanıb

Yeni yaradılan iki dövlət şirkətinin nizamnamə kapitalı açıqlanıb
# 18 yanvar 2017 06:28 (UTC +04:00)

Yeni yaradılan iki dövlət şirkətinin nizamnamə kapitalı açıqlanıb.

 

"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kapitalları açıqlanan şirkətlər "Azərxalça" ASC və "Ərzaq Məhsullarının Tədarükü və Təchizat" ASC-dir.

 

"Azərxalça" ASC-nin nizamnamə kapitalı 1,5 mln. manatdır. ASC-nin qanuni təmsilçisi Vidadi Muradovdur.

 

"Ərzaq Məhsullarının Tədarükü və Təchizat" ASC-nin nizamnamə kapitalı isə 100 min manatdır. Şirkətin qanuni təmsilçisi Əbülfət Qocayevdir.

 

Hər iki şirkət Vergilər Nazirliyi tərəfindən 12 oktyabr 2016-cı il tarixində qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR