İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi həyata keçirilmişdir.
İcbari Sığorta Bürosu (ISB) tərəfindən 2014-cü ilin aprelin 9-da saat 17:40 radələrində Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu, Çaylı kəndi ərazisindən keçən 483-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün ölümü ilə əlaqədar 5 000 manat, digər üzvlərin ağır və yüngül dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar isə ümumilikdə 7250 manat məbləğində kompensasiya ödənilib.
Kompensasiya ödənişi poçt vasitəsi ilə 11 noyabr 2016-cı il tarixində köçürülüb.