Bank Of Baku

Zakir Nuriyev: Türk dövlətlərinin maliyyə sistemləri arasında inteqrasiya genişləndirilməlidir

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev

© APA | Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev

# 13 oktyabr 2026 11:16 (UTC +04:00)

Türk dövlətləri arasında maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyasının dərinləşdirilməsi əsas strateji vəzifələrdən biridir.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə artıq aktiv müzakirələr aparılır və müəyyən praktiki işlər həyata keçirilir.

“Əsas məqsədimiz yalnız ödəniş sistemləri arasında texniki əlaqələrin qurulması deyil. Başlıca hədəf fiziki şəxslərin və biznes subyektlərinin ölkələrimiz arasında maliyyə əməliyyatlarını daha rahat, sürətli, təhlükəsiz və mümkün qədər aşağı xərclərlə həyata keçirməsinə imkan yaradan mühitin formalaşdırılmasıdır”, – Zakir Nuriyev bildirib.

ABA prezidenti qeyd edib ki, maliyyə infrastrukturlarının inteqrasiyası sərhədlərarası ödəniş və köçürmələrin səmərəliliyini artıracaq, əməliyyat xərclərini azaldacaq, qarşılıqlı ticarət və investisiya əlaqələrini gücləndirəcək.

Onun sözlərinə görə, bu istiqamətdə ödəniş sistemlərinin qarşılıqlı uyğunluğunun təmin edilməsi, vahid texniki standartların tətbiqi imkanlarının araşdırılması, tənzimləyici yanaşmaların yaxınlaşdırılması və birgə pilot layihələrin həyata keçirilməsi vacibdir.

Zakir Nuriyev əlavə edib ki, rəqəmsal xidmətlərin inkişafı ilə yanaşı, kibertəhlükəsizlik, müştəri məlumatlarının qorunması və dələduzluğa qarşı mübarizə sahəsində əməkdaşlıq da gücləndirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR