® "Bank BTB" ipoteka kreditləri təklif edir

174 bank btb ipoteka kreditleri teklif edir

Bank BTB Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına 100.000 AZN-dək ipoteka kreditləri təklif edir.

 

İpoteka kreditinin şərtlərinə əsasən adi ipoteka krediti 25 il müddətinə illik 8% dərəcəsi ilə, sosial ipoteka krediti isə 30 il müddətinə illik 4% dərəcəsi ilə verilir. İlkin ödəniş məbləği adi ipoteka krediti olan halda 20%, sosial ipoteka krediti zamanı isə 15% ödənilməlidir.

 

İpoteka krediti üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti, bütün ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti, iş yerini və gəlirlərini təsdiq edən sənədlər, əmək müqaviləsi və ya əmək kitabçasının təsdiqlənmiş sürəti, ipoteka predmetinin qiymətləndirmə aktı aiddir.

Sosial ipoteka kreditindən gənc ailənin üzvü olan aşağıdakı şəxslər faydalana bilər: şəhid ailələrinin üzvləri, milli qəhrəmanlar (özü və ailəsi), məcburi köçkünlər və ya ona bərabər tutulan şəxslər, üç ildən az olmayan müddətdə dövlət qulluqçuları və elmlər namizədləri, idman sahəsində xüsusi xidmətləri olan şəxslər. Hərbiçilərə və ya elmlər doktoru elmi dərəcəsi olanlara qarşı ailə statusu tələbi yoxdur.

 

Ev sahibi olmaq istəyən şəxslər ilk öncə https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank BTB-yə müraciət edə bilərlər. İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet saytından http://www.amf.az/az/ və ya Bank BTB-nin rəsmi internet saytından www.btb.az tanış ola bilərlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ