Xalid Əhədov: “Beynəlxalq Bank bu il sağlamlaşdırılacaq” - EKSKLÜZİV

xalid ehedov beynelxalq bank bu il saglamlasdirilacaq ekskluziv

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir. Bunu “APA-Economics“ə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

 

Onun sözlərinə görə, sağlamlaşdırma proqramı çərçivəsində həm dövlət qurumları, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir. “Əməkdaşlıq ciddi koordinasiya şəklində həyata keçirilir. Güman edirəm ki, bu il ərzində  bankın sağlamlaşdırılmasına nail ola biləcəyik”, - deyə X. Əhədov qeyd edib.

 

Bankir hazırda ABB-nin balansında olan toksik aktivlərin həcmini açıqlamayıb: “Bu yaxınlarda bununla bağlı ətraflı məlumat veriləcək”.

 

X. Əhədov əlavə edib ki, Maliyyə Sabitliyi Şurası bankın sağlamlaşdırılması prosesində aktiv iştirak edir. Bankir bankın xərclərinin optimallaşdırılması istiqamətində atılan addımların da uğurla davam etdiyini bildirib: “Biz qeyri-profil aktivlərimizə yenidən baxırıq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:14 24 Avqust
09:05 24 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zig suraxani yolunun daha bir hissesi yeniden qurulur
    Zığ-Suraxanı yolunun daha bir hissəsi yenidən qurulur
  • tufandag buzlagini tedqiq etmek ucun ekspedisiya teskil olunub
    Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil olun...
tufandag buzlagini tedqiq etmek ucun ekspedisiya teskil olunub tufandag buzlagini tedqiq etmek ucun ekspedisiya teskil olunub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0075
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ