Zeybekçi: "Azərbaycanla Preferensial Ticarət Sazişi bu il imzalanacaq" - EKSKLÜZİV

zeybekci azerbaycanla preferensial ticaret sazisi bu il imzalanacaq ekskluziv

"Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin imzalanması üçün birgə çalışır və biz sürətlə istədiyimiz nəticəyə doğru irəliləyirik".
 

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında bu ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

 

"Bu ilin sonunadək sazişi imzalamağa çalışacağıq", - deyə nazir vurğulayıb.

 

N. Zeybekçi xatırladıb ki, Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilib: "Bu, örnək kimi dəyərləndirilə biləcək bir addım idi. Türkiyənin Naxçıvana ixrac etdiyi mallardan vergi tutulmayacaq, eyni zamanda Naxçıvanda istehsal edilib Türkiyəyə göndərilən mallar da rüsumdan azad olunub. Eyni zamanda, bunu da qeyd edim ki, hər iki tərəf mallarını milli valyutalarda satacaq. Bu isə ortaq türk bazarının yaradılması üçün bir mesajdır. Özbəkistanın bu sahədə atdığı addımları da yaxından təqib edirik. Bu ölkə Türkiyə ilə sürətlə yaxınlaşır və bunun davam edəcəyinə inanırıq".

Qurum rəhbərinin fikrincə, viza rejiminin ləğv olunması Azərbaycanda turizm sektorunun daha da inkişafına səbəb olacaq: "Qardaşlar arasında viza olarmı? Vizaları ləğv etdiyiniz anda turizmin necə inkişaf etdiyini görəcəksiniz. Milyonlarla Türkiyə vətəndaşı sizin ölkələrə axacaq. Turizm böyük iqtisadiyyat, böyük inkişaf deməkdir, pul deməkdir. Bu sahələrdə də razılığa gələcəyik, şübhəm yoxdur. Bir az səbrlə işləmək, addım-addım irəliləmək lazımdır".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ressam leyla sahbazovanin ferdi sergisi acilib
    Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb...
  • bineqedide avtomobil temiri sexinde yangin olub
    Binəqədidə avtomobil təmiri sexində yanğın olub
bineqedide avtomobil temiri sexinde yangin olub bineqedide avtomobil temiri sexinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Dekabr, 2017

USD
1.7001
 
EUR
2.0032
 
RR
0.0289