Bank Of Baku

Cənubi Osetiya münaqişəsi zonasında atışma baş verib, ölənlər və yaralananlar var

Cənubi Osetiya münaqişəsi zonasında atışma baş verib, ölənlər və yaralananlar var
# 04 iyul 2008 10:25 (UTC +04:00)
Tiflis APA. Cənubi Osetiya münaqişəsi zonasında vəziyyət ciddi şəkildə gərginləşib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, separatçı rejimin “Mətbuat və İnformasiya Komitəsi” iyulun 4-nə keçən gecə gürcü tərəfinin atıcı silahlar, miaatanlar və qumbaraatanlardan istifadə etməklə üç istiqamətdən atəşə başladığını və strateji yüksəklikləri ələ keçirməyə çalışdığını açıqlayıb. Atışmada osetinlərdən 3 nəfərin həlak olduğu, 10-dan çox adamın yaralandığı bildirilir. Gürcüstan Müdafiə Nazirliyinin Sülhməramlı əməliyyatlar üzrə qərargah rəisi Mamuka Kuraşvili isə silahlı toqquşma faktını təsdiqləsə də, Cənubi Osetiya tərəfinin ittihamlarını rədd edib. O bildirib ki, gürcü tərəfinin addımları məcburi və cavab xarakterli olub: “Gecə Cənubi Osetiya tərəfi atəşə başladı, səhər saat altıda isə Böyük və Kiçik Liaxvi dərələrini birləşdirən yolda yerləşən postumuza hücum etdi. Biz cavab atəşi açmağa məcbur olduq”. O, münaqişə zonasında vəziyyətin gərgin, ancaq nəzarət edilən olduğunu vurğulayıb. Cənubi Osetiya separatçılarının lideri Eduard Kokoytı isə gürcü tərəfinin atəşi dayandırmayacağı təqdirdə, münaqişə bölgəsinə ağır texnika yeridəcəklərini bəyan edib: “Biz gürcü tərəfinin öz qoşunlarını geri çəkəcəyini gözləyirik. Əks halda, əldə olunmuş razılaşmalara zidd olaraq münaqişə zonasına yeridilmiş hərbi qüvvələri məhv etmək üçün bölgəyə ağır texnika və hücum silahları göndərəcəyik”. Separatçılar tanınmamış respublikada ümumi səfərbərlik elan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR