Bank Of Baku

BMT missiyası bu gün gürcü-abxaz münaqişə zonasına səfər edəcək

BMT missiyası bu gün gürcü-abxaz münaqişə zonasına səfər edəcək
# 05 iyul 2008 07:45 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. BMT-nin gürcü-abxaz sülh prosesinə dair xüsusi missiyası münaqişənin dinc yolla nizamlanmasına dair məsləhətləşmələr aparmaq üçün bu gün regiona səfər edəcək. APA-nın məlumatına görə, missiyaya BMT-nin insan hüquqları üzrə sabiq ali komissarı Bertran Ramçaran rəhbərlik edir. Missiya üzvləri Tiflis və Suxumidə münaqişə tərəfləri ilə ayrı-ayrılıqda danışıqlar aparacaqlar. Səfərin yekunlarına dair BMT baş katibinə təqdim olunmaq üçün xüsusi hesabat hazırlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR