Bank Of Baku

Qazaxıstan paytaxtının 10 illiyi ilə bağlı təntənəli mərasimlərə start verilib

Qazaxıstan paytaxtının 10 illiyi ilə bağlı təntənəli mərasimlərə start verilib
# 05 iyul 2008 08:18 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Qazaxıstan paytaxtının 10 illiyi ilə bağlı təntənəli mərasimlərə start verilib. APA-nın məlumatına görə, mərasimlərdə iştirak etmək üçün dünən Türkiyə prezidenti Abdullah Gül Astanaya gəlib. Bu gün Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedyev, Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Tacikistan prezidenti Emomali Rahmon, Ermənistan prezidenti Serj Sərkisyan, Gürcüstan prezidenti Mixail Saakaşvili, İordaniya kralı II Abdullanın Astana gəlməsi gözlənilir. Paytaxctda təşkil olunacaq təntənəli mərasim prezident Nursultan Nazarbayevin çıxışı ilə başlayacaq. Daha sonra digər dövlət başçılarının çıxışları nəzərdə tutulub. Bayram tədbirləri çərçivəsində müxtəlif ölkələrdən olan incəsənət ustalarının iştirakı ilə qala-konsert keçirilməsi nəzərdə tutulub. Sabah isə Astanaya toplaşan MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR