Bank Of Baku

Aleksandr Lukaşenko Minskdə baş vermiş partlayışa görə məsuliyyəti dövlət katibinin boynuna qoyub

Aleksandr Lukaşenko Minskdə baş vermiş partlayışa görə məsuliyyəti dövlət katibinin boynuna qoyub
# 07 iyul 2008 15:58 (UTC +04:00)
Minsk APA. Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Müstəqillik Günü münasibətilə keçirilən tədbir zamanı baş vermiş partlayışda Təhlükəsizlik Şurasının dövlət katibi Viktor Şeymanı günahlandırıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, güc strukturlarının rəhbərləri hadisə ilə bağlı aparılan təhqiqat haqqında dövlət başçısına məruzə etdikdən sonra A. Lukaşenko üzünü V. Şeymana çevirərək deyib: “Viktor Vladimiroviç, düşünmürəm ki, siz bu insidentdən sonra vəzifənizdə qalmalısınız. Hamıdan əvvəl siz günahkarsınız”. A. Lukaşenkonun fikrincə, V. Şeyman bayram tədbirləri zamanı təhlükəsizliyin təmin olunmasına daha diqqətli yanaşmalıydı.
Xatırladaq ki, iyulun 3-də Minskdə baş verən partlayış zamanı 50-yə yaxın adam yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR