Bank Of Baku

Serj Sərkisyan Türkiyə prezidentini dialoqa çağırıb

Serj Sərkisyan Türkiyə prezidentini dialoqa çağırıb
# 09 iyul 2008 12:47 (UTC +04:00)
İrəvan-APA. “Ermənistanla Türkiyə arasında normal siyasi münasibətlərin formalaşması hər iki tərəfi narahat edən kompleks problemlərin həllinə kömək etmiş olar”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Serj Sərkisyan “Wall Street Journal” məcmuəsinə müsahibəsində deyib. O, mövcud problemlərin dövlətlərarası münasibətlər qurulmadan həll edilməyəcəyini bildirib. Serj Sərkisyan bildirib ki, Türkiyə prezidenti Abdullah Gül onu prezident seçilməsi münasibətilə ilk təbrik edən dövlət başçılarından olub: “İndiki dövrdə ölkələrimiz arasında normal münasibətlər qurmağın alternativi yoxdur. Ümidvaram ki, hökumətlərimiz dialoq yolunda yeni qapı aça biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR