Bank Of Baku

Serj Sarkisyan: “Abdulla Gül Ermənistana gəlsə, bu, iki ölkə münasibətlərinin startı olacaq”

Serj Sarkisyan: “Abdulla Gül Ermənistana gəlsə, bu, iki ölkə münasibətlərinin startı olacaq”
# 09 iyul 2008 14:13 (UTC +04:00)
İrəvan APA. Ermənistan prezidenti Serj Sarkisyan hesab edir ki, türk həmkarı Abdulla Gül onun dəvəti əsasında Türkiyə və Ermənistan milli komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, iki ölkə münasibətlərinin simvolik startı olacaq. APA-nın məlumatına görə, ABŞ-ın “The Wall Street Journal” qəzetinə müsahibə verən S. Sarkisyan bildirib ki, sərhədlərin bağlı olmasına baxmayaraq, mədəni, humanitar və idman sahələrində iki xalqı birləşdirən ümumi maraqlar var. Onun fikrincə, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin qurulması hər iki tərəfi narahat edən kompleks məsələlərin müzakirəsinə imkan yaradacaq: “Yalnız bu halda biz effektli dialoq qura və hətta ən mübahisəli tarixi mövzuları da müzakirə edə bilərik”. S. Sarkisyan xatırladıb ki, Türkiyə prezidenti Abdulla Gül onu ilk təbrik edənlər sırasında olub, baş nazir Rəcəb Tayyib Ərdoğan isə bu addımı dialoq üçün yeni qapı kimi qiymətləndirib. Onun sözlərinə görə, bir çox erməni İrəvandan İstanbula və Antalyaya çarter reyslərindən istifadə edir, bunda başqa, Ermənistandan Gürcüstan ərazisi ilə avtobus və taksilər Türkiyəyə gedir, hətta konteynerlərlə qarşılıqlı ticarət də həyata keçirilir: “Ermənistan və Türkiyə daimi rəqib ola bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR