Bank Of Baku

Gürcüstan Rusiyadakı səfirini geri çağırıb

Gürcüstan Rusiyadakı səfirini geri çağırıb
# 11 iyul 2008 08:07 (UTC +04:00)
Tiflis APA. Gürcüstan Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Tiflis Rusiya hərbi təyyarələrinin Cənubi Osetiya üzərində uçuş keçirməsindən sonra bu ölkəyə rəsmi etiraz notası göndərib. Rusiya XİN təyyarələrin uçuşunu təsdiqləyib və bunun münaqişənin alovlanmasına yol verməmək məqsədilə edildiyini açıqlayıb. Rəsmi Tiflis isə faktı ölkənin hava məkanının pozulması kimi qiymətləndirib. Gürcüstanın Rusiyadakı səfiri Erosi Kitsmarişvili bu gün ilk reyslə ölkəsinə yola düşəcəyini və Moskvaya nə vaxt dönəcəyini bilmədiyini deyib.
Qeyd edək ki, iyulun 10-da yerli vaxtla saat 20.11-də Rusiyaya məxsus iki qırıcı təyyarə Gürcüstanın hava məkanına daxil olub. On dəqiqə sonra daha iki təyyarə eyni marşrut üzrə uçuş həyata keçirib. Təyyarələr Cənubi Osetiya üzərində 40 dəqiqə dövr ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR