Bank Of Baku

Ukrayna parlamenti Timoşenko hökumətinin istefaya göndərə bilməyib

Ukrayna parlamenti Timoşenko hökumətinin istefaya göndərə bilməyib
# 11 iyul 2008 16:19 (UTC +04:00)
Kiyev-APA. Ukrayna parlamentinin Yuliya Timoşenko hökumətini istefaya göndərmək cəhdi baş tutmayıb. APA-nın məlumatına görə, parlamentdə keçirilən səsvermə zamanı yalnız 174 deputat hökumətin istefaya göndərilməsi ideyasını dəstəkləyib. Yuliya Timoşenko hökumətinə etimadsızlıq məsələsi Regionlar Partiyasının təklifi ilə gündəliyə daxil edilib, səsvermə zamanı bu partiyanı təmsil edən 174 deputatdan 172-si təklifi dəstəkləyib. Bundan başqa prezidentin tərəfdarlarından ibarət “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun iki üzvü də Timoşenko hökumətinin istefasına tərəfdar çıxıb. Hökumətin fəaliyyətini ciddi şəkildə tənqid edən kommunistlər və “Litvinin bloku”ndan olan deputatlar isə təklifin əleyhinə səs veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR