Bank Of Baku

Rusiya və Çin BMT-nin Zimbabveyə qarşı sanksiyaların tətbiqinin əleyhinə çıxdılar

Rusiya və Çin BMT-nin Zimbabveyə qarşı sanksiyaların tətbiqinin əleyhinə çıxdılar
# 12 iyul 2008 10:25 (UTC +04:00)
Bakı. Turan Hüseynova APA. Rusiya və Çin iyulun 11-də BMT-nin Təhlükəsizlik Şurasının iclasında Zimbabvedə keçirilən prezident seçkiləri zamanı baş verən qanun pozuntularına görə bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinə dair qətnamə layihəsinə etirazlarını bildirib. APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ tərəfindən hazırlanmış qətnaməyə qarşı çıxanlar öz mövqeyini BMT-nin suveren ölkənin daxili işlərinə qarışması və demokratik əsaslara zidd olması ilə əsaslandırıb. ABŞ isə Çin və Rusiyanın bu addımı neqativ qarşılayıb.
Qeyd edək ki, Cənubi Afrika, Liviya və Vyetnam da Zimbabve qətnaməsinin əleyhinə, ABŞ, Böyük Britaniya, Fransa, Belçika, İtaliya, Xorvatiya, Kosta-Rika, Panama və Burkina Faso isə lehinə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR