Bank Of Baku

Avropa Şurasının komissarı sentyabrın 11-də Ermənistanda martın 1-də baş vermiş hadisələrlə bağlı hesabatını təqdim edəcək

Avropa Şurasının komissarı sentyabrın 11-də Ermənistanda martın 1-də baş vermiş hadisələrlə bağlı hesabatını təqdim edəcək
# 14 iyul 2008 17:08 (UTC +04:00)
İrəvan APA. Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Ermənistanda martın 1-də baş vermiş qanlı hadisələrlə bağlı hesabatını bu il sentyabrın 11-də AŞ PA Monitorinq Komitəsinə təqdim edəcək. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistanda səfərdə olan T. Hammarberq parlamentdəki fraksiyaların nümayəndələri ilə görüşüb. O bildirib ki, hesabat 1 mart hadisələri ilə bağlı aparılan təhqiqatın nəticələri və həbs olunanların vəziyyəti haqqında olacaq: “Birinci məsələ barədə müəyyən addımlar atılıb. Ancaq ikinci məsələyə dair narahatlıqlar var ki, insanlar cinayət törətdiyinə görə yox, mitinqlərdə iştirakına görə tutulub”. T. Hammarberq həbs olunanlarla bağlı işin hələ də məhkəməyə göndərilməməsindən və öz səlahiyyət həddini aşaraq insanlara qarşı zorakılıq edən polislərə qarşı tədbir görülməməsindən narahat olduqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR