Bank Of Baku

Rusiya prezidenti ölkənin xarici siyasət konsepsiyasını təsdiqləyib

Rusiya prezidenti ölkənin xarici siyasət konsepsiyasını təsdiqləyib
# 15 iyul 2008 12:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiya xarici siyasətinin prioritet istiqaməti MDB ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. APA-nın məlumatına görə, bu fikir Rusiya prezidenti Dmitri Medvedyevin təsdiqlədiyi “Rusiya Federasiyasının xarici siyasətinin konsepsiyası” adlı sənəd regional prioritetlər bölməsində öz əksini tapıb. Sənəddə deyilir ki, Rusiya MDB ölkələri ilə qarşılıqlı təhlükəsizliyin təmin olunması sahəsində, o cümlədən ümumi çağırış və təhlükələrlə birgə mübarizə, ilk öncə beynəlxalq terrorizmə, ekstremizmə, narkotrafikə, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiyaya qarşı əməkdaşlığı genişləndirəcək. Birinci dərəcəli vəzifələr sırasında Əfqanıstan ərazisindən istiqamətlənən terror və narkotəhlükənin neytrallaşması, Mərkəzi Asiya və Cənubi Qafqazda stabilliyin pozulmasına imkan verməməkdir. “Rusiya MDB məkanında mövcud olan münaqişələrin beynəlxalq hüquqa, əvvəllər əldə olunmuş razılaşmalara hörmət edərək və münaqişəyə cəlb olunmuş tərəflər arasında razılığın əldə olunmasına əsaslanaraq, danışıqlar prosesində öz vasitəçilik missiyasını məsuliyyətlə realizə edərək, bu münaqişələrin sülh yolu ilə həllinə aktiv yardım etməyə davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR