Bank Of Baku

Rusiya Viktor Yuşşenkonu zəhərlədiyi güman olunan şəxsi Ukraynaya təhvil verməkdən imtina edib

Rusiya Viktor Yuşşenkonu zəhərlədiyi güman olunan şəxsi Ukraynaya təhvil verməkdən imtina edib
# 17 iyul 2008 09:53 (UTC +04:00)
Kiyev APA. Rusiya hakimiyyəti Viktor Yuşşenkonun zəhərlənməsi ilə bağlı cinayət işində əsas şübhəli şəxs sayılan Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəis müavini Vladimir Satsyuku bu ölkəyə təhvil verməyib. APA-nın “Ukrainskaya pravda” qəzetinə istinadən yaydığı məlumata görə, Rusiya Baş Prokurorluğu V. Satsyukun Rusiya vətəndaşı olduğunu, ölkə vətəndaşlarının başqa dövlətlərə təhvil verilməsinin Konstitusiya ilə qadağan edildiyini səbəb göstərərək Ukrayna tərəfinin ekstradisiya tələbini təmin etməyib.
Xatırladaq ki, V. Yuşşenkonun səhhəti 2004-cü ilin sentyabrında prezident seçkilərə ərəfəsində qəflətən pisləşib. Vyanaya aparılan prezidentliyə namizədin dioksin kimyəvi maddəsi ilə zəhərləndiyi müəyyənləşdirilib. Onun V. Satsyukun bağ evindəki naharda zəhərləndiyi güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR